“Bakı-Tbilisi-Qars bölgədə cəlbedici imkanlar yaradır” - Türkiyənin nəqliyyat naziri

18:34 22.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Türkiyə regionun beynəlxalq haba çevrilməsinə və ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişafına dəstək verir”.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turan Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda bildirib.

O deyib ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Qafqaz regionunda reallaşdırılan layihlər olduqca önəmlidir: “Bölgədə nəqliyyat şəbəkəsi dayanıqılı və uğurlu olmalıdır. "Bakı-Tbilisi-Qars" layihəsi bölgədə cəlbedici imkanlar yaradır”.

Nazirin sözlərinə görə, Türkiyə, Azərbaycan və Gürcüstan dəmir yolu sahəsində sıx əməkdaşlıq edirlər: “Bölgədə reallaşdırılan və inkişaf etdirilən infrastruktur layihələr yalnız region ölkələri üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Bu layihələrin məqsədi regionda sülh, tərəqqi və insanlar arasında əlaqələrin daha da yaxınlaşdırılmasıdır”.