“Naxçıvanın blokadada olmasına baxmayaq burada sürətli inkişaf gedir” - Millət vəkili

15:49 20.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyev Naxçıvana hər zaman böyük diqqət və qayğı göstərib. Sevindirici haldır ki, Naxçıvanın blokadada olmasına baxmayaq burada sürətli inkişaf gedir. Demək olar ki, Muxtar Respublikanın siması ilbəil dəyişir. Düzdür, mən Naxçıvanda olmamışam. Amma orada olan həmkarlarımın təəssüratlarından bilirəm ki, Naxçıvanın hər bir yerində böyük inkişaf, tərəqqi var”. Bunu hafta. az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.
Deputat vurğulayıb ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov ölkə başçısının tapşırıqlarını diqqətlə yerinə yetirir: “Cənab Prezident İlham Əliyev Vasif Talıbovla görüşdə bir sıra məsələlərə toxundu. Müzakirə zamanı səsləndirilən fikirlərdən də görünür ki, indiyədək Naxçıvana böyük köməklik göstərilib. Təbii ki, əgər blokadada olmasaydı, indi Naxçıvan da özünü maaliyyələşdirən regionlarda ön sıralardan birində idi. Lakin bütün bunlara baxmayar Naxçıvan günü-gündən gözəlləşir və inkişaf edir”.