Qobu Park-3 ardıcıl və məqsədyönlü siyasətin davamıdır - Pərvin Kərimzadə

19:10 29.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dünən Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında olub.

Dövlət başçısı açılış zamanı bildirib ki, dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər: "ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır".

"“Qobu Park-3” yaşayış kompleksi 28 may Respublika günündə yurd nisgili ilə yaşayan məcburi köçkünlərin ixtiyarına verildi. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da açılışında iştirak etdiyi yaşayış kompleksinin istifadəyə verilməsi yurd-yuvalarından, ata-babalarından miras qalan torpaqlardan didərgin salınan soydaşlarımızın Azərbaycan dövləti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarının daha bir nümunəsi oldu".

Bu sözləri millət vəkili Pərvin Kərimzadə Qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədə - “Qobu Park-3” yaşayış kompleksinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışda iştirakına münasibət bildirərkən dedi.

Deputat bildirdi ki, 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, xalqımıza qarşı yeni soyqırımları törədildi, etnik təmizləmə siyasəti aparıldı, qadına, qocaya, uşağa, körpəyə aman verilmədi, minlərlə azərbaycanlı qətlə yetirildi:

"Bədnam qonşumuzun bu təcavüz siyasəti yüz minlərlə insanın doğma torpağından didərgin düşərək öz Vətənində məcburi köçkünə çevrilməsi ilə nəticələndi. Ata-baba yurdlarından didərgin düşən soydaşlarımız respublikamızapənah gətirərək,ölkəmizin müxtəlif ərazilərində heç bir məişət şəraiti olmayan binalarda, çadırlarda məskunlaşmaq məburiyyətində qaldılar. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra minbir əziyyət çəkərək yaşayan bu insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlandı. Ümummilli liderin başladığı xeyirxah missiya Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildi. Ölkəmizin müxtəlif ərazilərində yeni qəsəbələr salınmaqla məcburi köçkünlər həmin evlərə köçürüldülər.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını, dövlətin diqqət və qayğısını hər bir ölkə vətəndaşı kimi qaçqın vəməcburi köşkünlər də öz həyatlarında hiss etdilər.Doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı bir-birinin ardınca əhəmiyyətli tədbirlər keçirildi, dövlət proqramları təsdiqləndi, fərmanlar imzalandı. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirildi, yeni yaşayış kompleksləri salındı.Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi ilə diqqət yetirdi. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına həssas münasibət göstərərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müasir tipli yaşayış kompleksləri inşa edildi. Artıq nə fin tipli evlər var, nə çadrlar, nə də qaçqın düşərgəsi. Taleyin amansız sınaqlarına sinə gərən soydaşlarımız hər bir şəraiti olan, müasir standartlara cavab verən evlərdə yaşayır, fəaliyyət göstərirlər".

P. Kərimzadə əlavə olaraq bildirdi ki, bu gün qaçqın və məcburi köçkünlərin ən böyük arzu və istəyi üçrəngli bayrağımızın didərgin düşdükləri ata-baba torpaqlarında, Şuşada, Xankəndində dalğalandığıni görməkdir:

"Böyük ümidlə yaşayan soydaşlarımız, bütün Azərbaycan xalqı əmindir ki, işğal olunmuş torpaqlarımız yaxın zamanlarda erməni zülmündən azad ediləcək, yenidən öz əvvəlki qüdrətini və əzəmətini bərqərar edəcək,minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq.Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi iləişğaldan azad ediləntorpaqlarımızda nura qərq olmuş, füsünkar yaşayış kompleksləri inşaa ediləcək".

Oxunma sayı 1494
Siyasət rubrikasından digər xəbərlər