Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda mübarizə aparacaq - “New In Chess Classic”

11:58 01.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində həlledici mərhələsinin birinci matçı keçiriləcək.

Hafta.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla mübarizə aparacaq. Çempionluq uğrunda qarşılaşmada isə norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-də başa çatacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

Oxunma sayı 142