Peyvənd olunanların sayı açıqlanıb

17:47 18.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3808 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 800, üç və daha çox doza vaksin vurduranların sayı 2377, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 281 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 694 986, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 556, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 845 334, üç və daha çox doza vaksin vurduranların sayı 3 261 409, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 687 təşkil edir.

Oxunma sayı 32