Peyvənd olunanların sayı açıqlanıb

17:03 25.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 561 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 150, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza vaksin vurduranların sayı 235, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 37 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 920 621, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 353, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 597, üç və daha çox doza vaksin vurduranların sayı 3 390 878, pozitiv nəticədən sonra “Buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 793 təşkil edir.

Oxunma sayı 1871