Şeyxülislam Ravil Qaynutdinlə görüşüb

21:42 08.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin arasında görüş keçirilib.

 

Hafta.az xəbər verir ki, görüş Moskvada keçirilən "ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri" adlı mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumu çərçivəsində baş tutub.

 

Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə dekabrın 6-dan Rusiya paytaxtında səfərdədir. Dekabrın 7-də şeyxülislam Allahşükür Paşazadə Rusiya Patriarxı Kirillə Danilov monastırında görüş keçirib. Dekabrın 8-də isə XVIII Beynəlxalq Müsəlman Forumunda iştirak edib. QMİ sədri forumda çıxış edib.

Oxunma sayı 1496