"2020-ci ildə kirayə mexanizminin fəaliyyətə başlaması təmin ediləcək"- Açıqlama

14:06 16.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Kirayə mənzillərin satışı ilə bağlı məlumatlar mətbuatda əksini tapsa da, hələ ki, mexanizm işə başlamayıb. Bununla bağlı hafta.az-a fonddan bildirildi ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib:

"Həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Təsdiq edilmiş Qayda ilə Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılması nəzərdə tutulub. Ötən dövr ərzində Fond tərəfindən kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlıq işləri həyata keçirilib.  Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara ASAN Xidmət Mərkəzləri vasitəsilə xidmət göstəriləcək".

Qeyd edək ki, 2020-ci ildə kirayə mexanizminin fəaliyyətə başlaması təmin ediləcək, ipoteka kreditlərinin, o cümlədən bu kreditlərlə yanaşı, sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi davam etdiriləcək.

Sosial rubrikasından digər xəbərlər