"3-cü mikrorayon bazar"ındakı yanğın söndürülüb - YENİLƏNİB-VİDEO

19:44 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 3-cü mikrorayon ərazisində baş verən yanğın söndürülüb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakıda yanğın baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə 3-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb.

Yanğın adıçəkilən ərazidə ərzaq mağazalarının birində baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.