"8 milyonluq Kəşmir xalqı 365 gündür blokadadır" - Pakistanlı diplomat

11:58 05.08.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Kəşmirlə bağlı Pakistanın mövqeyini çox yaxşı başa düşür. Çünki özü də işğaldan əziyyət çəkməkdədir”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Pakistanın ölkəmizdəki müvəqqəti işlər vəkili Navid Anjun jurnalistlər üçün keçirilən brifinqdə deyib. Diplomat bildirib ki, Azərbaycan öz torpaqlarının - Dağlıq Qarabağ və ətraf yeddi rayonun ermənilər tərəfindən işğalından əziyyət çəkir, ölkənin 1 milyondan çox qaçqın və məcburi köçkünü var.

Müvəqqəti işlər vəkili Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb.

Kəşmir münaqişəsinə toxunan pakistanlı diplomatın sözlərinə görə, 8 milyonluq Kəşmir xalqı 365 gündür blokadadır, ərazidəki bütün kommunikasiya vasitələri Hindistanın nəzarəti altındadır. 

N.Anjum Kəşmirdə vəziyyətin ağır olduğunu və beynəlxalq ictimaiyyətin buna xüsusi diqqət ayırmalı olduğunu qeyd edib: “Pakistan tərəfi Kəşmir münaqişəsində kəşmirlilərin hüquqlarının müdafiə edir və bu münaqişənin həllinə sadiqdir. Biz inanırıq ki, kəşmirlilərin öz müqəddəratını təyin edəcəyi gün çox da uzaqda deyil”.

Bütün dünya ictimaiyyətini kəşmirlilərin haqq səsinə səs verməyə çağıran diplomat daha sonra Pakistan Prezidenti Arif Alvi və Baş nazir İmran Xanın Kəşmirin blokadada olmasının bir illiyi ilə bağlı müraciətlərini səsləndirib.

Oxunma sayı 3861
Siyasət rubrikasından digər xəbərlər