“Amman, 100 illik yürüş" və ya genişlənən əlaqələrin başlanğıcı

11:45 30.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirliyi, Amman Şəhər İcra Hakimiyyətinin və İMM-in birgə təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evində İordaniya dövlətinin yaradılmasının 100 iııiyinə həsr olunmuş “Amman, 100 illik yürüş” adlı fotosərgi təşkil edilib.

Hafta.az-ın yazdığına əsasən, Azərbaycanda akkreditə olunmuş müxtəlif ölkələrin - Mərakeş, Əlcəzair, Səudiyyə Ərəbistanı, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İsveç və sair diplomatik nümayəndəliklərinin rəhbərləri, mətbuatın və sair iştirakı ilə keçirilən bu mədəniyyət tədbiri, Azərbaycanla İordaniya aarsında mövcud olan dost əlaqələrin bariz göstəricisidir. İyunun 30-dan iyulun 4-dək davam edəcək fotosərgidə nümayiş olunan, siyasi, tarixi və mədəni əhəmiyyətə malik Amman şəhərinin son 100 illik dövrünü tərənnüm edən 40 fotoşəkil üzərindən bu əsrarəngiz şəhərə qiyabi səfər edə bilərsiniz. Burada həmçinin, paytaxtın və onun sakinlərinin mədəniyyətini əks etdirən bir çox tarixi və memarlıq abidələrin əks olunduğu fotolarla da tanış olmaq mümkündür.

Sərginin açılığında Amman şəhərinin meri Yusif Şavarbenin tədbir iştirakçılarına ürək sözlərini səsləndirən video-rolik göstərilib.

Haşimilər Krallığına həsr olunmuş müxtəlif sənədli filmlər və ölkənin milli musiqisi ilə müşayiət olunan sərginin açılışında çıxış edən İoraniyanın ölkəmizdəki səfiri Sami Asem Ğoşeh bildirib ki, yaxın gələcəkdə daha bir mədəniyyət tədbiri keçirmək fikrindədirlər. “Azyaşlı uşaqlar arasında rəsm müsabiqəsi təşkil edəcəyik. Hətta müsabiqənin adını da söyləyə bilərəm – İordaniya uşaqların gözü ilə”. Çalışacağıq ki, ölkəmizin mədəni zənginliyi təşviq eləmək istiqamətində tədbirlərin sayını artıraq”, - deyib İordanıyanın ölkəmizdəki səfiri.

Səfir deyib ki, o cümlədən, dünyanın tarixi incisi sayılan itmiş şəhərin – Petranın tədqiqatlarına və təşviqinə hesablanmış prosesləri sürətləndirmək üçün addımlar atacaqlar. 

“Bilirik ki, Azərbaycanlı turistlər – qardaşlarımız, dostlarımız İordaniyanın tarixi zənginliyinə çox böyük maraq göstərirlər. Hazırda ölkələrimiz aarsında mədəniyyət sahəsində imzalanmış bir sıra protokollar mövcuddur. Çalışacağıq həmin protokolları bənd-bənd icra edək. Düzdür, iki ilə yaxın bir müddətdir davam edən koronavirus pandemiyası işlərimizi bir az ləngitdi, amma yaxın gələcəkdə Azərbaycanda İordaniya Mədəniyyət Günlərinin, eləcə də, İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə nail olacağıq. Biz turizm sahəsində əməkdaşlığı genişləndirməyə çalışırıq. Turizmin inkişafı ilə yanaşı, Bakı-Əmman birbaşa hava reysinin açılması barədə də razılığa gəlmişik. Məsələ öz həllini İordaniya Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynin 2019-cu il dekabr ayında Bakıya səfərindən sonra tapdı. İlk uçuşlar ötən ilin iyul ayında olacaqdı. Təbii ki, pandemiya səbəbindən proses indiyədək təxirə salınıb. Amma hesab edirəm ki, koronavirus təhlükəsi səngiyən kimi biz bu prosesi başa çatdıracağıq”, - deyən səfir onu da qeyd edib ki, birbaşa aviareyslərin açılması ölkələrimiz arasında gediş-gəlişin həcmini də artıracaq.

Nəticədə isə insanlar ölkələrimizin zəngin tarixi və təbii abidələrini görəcəklər, xalqlarımızın mənsub olduğu milli mədəniyyətə, məişətə bələd olacaqlar.

Oxunma sayı 2271