"Azərbaycanda dayanıqlı makroiqtisadi sabitlik formalaşıb" - Baş bankir 

13:14 30.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Koronavirus (COVID-19) pandemiyası dövründə AMB-nin həyata keçirdiyi siyasət, iqtisadi artımın bərpası Azərbaycanın beynəlxalq reytinqlərinin yaxşılaşması ilə müşahidə olunur”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn mətbuat konfransında bildirib.

Baş bankirin sözlərinə görə, hazırda Azərbaycanda dayanıqlı makroiqtisadi sabitlik formalaşıb:

“Beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini bir neçə pillə yüksəldib. Hesab edirəm ki, görülən bu işlər ona gətirib çıxaracaq ki, ölkənin investisiya reytinqi tezliklə bərpa olunacaq. O cümlədən ölkə prezidentinin Qarabağla bağlı təşəbbüsləri uğurlan nəticələncək, investisiya reytinqimizin bərpa olunmasına xidmət edəcək”.

Oxunma sayı 156