"Azərbaycanın əlinə batan tikanı Türkiyə ürəyində hiss edər" - Yalçın Topçu

13:23 23.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan ordusunun xain təxribatı nəticəsində Tovuz rayonu ərazisində daha bir Azərbaycan əsgərinin şəhid olmasına Türkiyə prezidentinin baş sözçüsü Yalçın Topçu münasibət bildirib.

Hafta.az türk mediasına istinadən yazdığına görə, Y.Topçu deyib ki, sitat: Nemesis-Daşnaq-Hınçak-ASALA düşüncəsi ilə hərəkət edən Ermənistan hökuməti öz xalqını yoxsulluğa və qarışıq hərbi-siyasi şəraitdə yaşama məbkum etmə siyasəti yürüdür. Ermənistan hökuməti BMT qərarlarına qəti məhəl qoymur və işğal etdiyi Qarabağdan çıxmağa həvəs göstərmir. Hələ bu azmış kimi, son vaxtlar Tovuz rayonu ərazisinə də təcavüzkar hücumlar etməyə çalışır. Ermənistan, Azərbaycanla Türkiyəni birləşdirən yeganə quru yolunu da bağlamaqla, iki ölkənin ortaq enerji ötürmə xətlərini ələ keçirmək istəyir. 

Ermənista hökumətinin öz xalqına yaşatdığı siyasi və iqtisadi böhranı, bu cür təcavüzkarlıq hərəkətləri ilə ört-basdır etməklə dövləti idarə etmək istədiyini vurğulayan Y.Topçu bildirib ki,  Türkiyə Prezidentinin dediyi, "Bu hücumlar Ermənistanın boyunu aşar. Məqsəd həm Dağlıq Qarabağ probleminin həllini çıxmaza salmaq, həm də yeni toqquşma sahələri yaratmaqdır. Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər bir hücumun qarşısında yer almaqda qətiyyən tərəddüd etməyəcək" sözlər türk dövləti və millətinin mövqeyinin qəti ifadəsidir. O, əlavə edib ki, Azərbaycanın əlinə batan tikanı Türkiyə ürəyində hiss edər və cavabını da bu müsəvidə verər. Y.Topçu əlavə edib ki, BMT və Avropa Birliyi Ermənistana qarşı bölgənin və dünyanın sabitliyi naminə təcili olaraq lazımi mövqe nümayiş etdirməlidir.  

Oxunma sayı 3382
Siyasət rubrikasından digər xəbərlər