"Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik" - Dmitro Kuleba 

13:44 30.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Biz hamımız Dağlıq Qarabağdakı hadisələrin inkişafını müşahidə edirik. Ukrayna Xarici İşlər Nazirliyi vəziyyətin kəskinləşməsi ilə bağlı mövqeyini ilk bildirənlərdən biri oldu. Bu hadisələri izləməyə davam edirik, koordinasiya olunmuş mövqeyə sahib olmaq üçün tərəfdaşlarla danışıqlar aparırıq".

Hafta.az-ın yazdığına görə, bu sözləri Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba keçirdiyi onlayn brifinqdə səsləndirib. Nazir deyib ki, məsələ ilə bağlı Azərbaycanın XİN başçısı ilə telefonda danışıb. "Mövqeyimiz çox aydındır: müharibə hər zaman kədər, qurbanlar, məhv deməkdir. Hazırda Qafqazda bu kimi hadisələrin baş verdiyi üçün çox təəssüflənirik" deyən nazir əlavə edib ki, sitat: mövcud vəziyyət göstərir ki, "dondurulmuş münaqişələr" həqiqətən dondurulmayıb və hər an püskürə bilər. Bunlar Avropadakı qeyri-sabitlik ocaqlarıdır və beynəlxalq ictimaiyyət onların nizamlanmasına müvafiq qaydada yanaşmalı, bunun üçün ardıcıl və sistematik səy göstərməlidir.

Ukraynanın XİN başçısı deyib: "Ukraynanın xarici siyasətinin təməl daşlarından biri dövlətlərin ərazi bütövlüyünü dəstəkləməkdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəklədik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır".

Oxunma sayı 1465
Siyasət rubrikasından digər xəbərlər