“Azərbaycan ÜTT-na qoşulmaq üçün özü qərar verməlidir“

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Böyük Britaniyanın Azərbaycanla iqtisadi əlaqələri hələ heç bir zaman bu qədər möhkəm olmayıb və biz Azərbaycan hökuməti ilə birgə daha hansı sahələri inkişaf etdirə biləcəyimizi müəyyən etmək istiqamətində işləyirik“. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən “Həftə içi“nə verilən məlumata görə, bunu Birləşmiş Krallığın Avropa işləri üzrə naziri Devid Lidinqston xüsusi məqaləsində yazıb. Varşavadakı “Şərqi tərəfdaşlığı“ sammitindən sonra bu dövlətlərin Avropa İttifaqı ilə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu qeyd edən nazir bildirib ki, bu əlaqələr qarşılıqlı olaraq faydalıdır. İkitərəfli münasibətlərdə azad ticarət zonası ideyasının mühüm əhəmiyyət kəsb etdiyini yazan Lidinqton digər bir məsələnin həllinin vacibliyini vurğulayıb: “Tam və hərtərəfli Azat Ticarət Zonası “Şərq tərəfdaşlığı“nın mühüm ölçüsüdür, amma öncə hökumət Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması üçün vaxtın yetişib-yetişmədiyinə dair qərar verməlidir“. Britaniyalı nazirin fikrincə, daha yaxın ticari münasibətlərdən savayı region dövlətlərinə təklif ediləsi digər üstünlüklər də var: “Avropa İttifaqında üzvlüyə doğru uzanan yol Azərbaycan, bölgə və Avropa İttifaqı xalqları üçün davamlı və hiss ediləcək faydalar gətirəcək“.
Vüsal