"Bakı şəhərində bütün binaların istiliklə təminatı tam mümkün deyil" - İlham Mirzəliyev 

12:12 14.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bakı şəhərində bütün binaların istiliklə təminatı tam mümkün deyil. Paytaxtda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb".

Hafta.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında Azəristilik ASC sədrin müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, bunlar əsasən mülkiyyətçilərə məxsus binalarda istilik sistemləri ilə bağlı olan problemlərdir:

"Digərləri ilə bir sıra texniki problemlərlə bağlıdır. Problemlərin aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanları ilə tədbirlər görülməkdədir".

Sədr müavini qeyd edib ki, Bakıda istilik sistemi təmin edilməyən binaların əsasən mərkəz hissədə, Nərimanov, Nəsimi rayonlardadır:

"Bunlar əsası köhnə tipli bunlardır. Bəzi binalar 60-ci illərə aiddir, onlarda istilik sistemləri döşəmə tiplidir və bərpası mümkün deyil. Bəzi binaların sökülməsi və yeni binaların tikilməsi nəzərdə tutulur".