"Dəyişməyə cəsarət edən respublikaçı qadınlar" nümayiş olunacaq

14:55 19.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçrə səfirliyinin təşkilatçılığı ilə "Dəyişməyə cəsarət edən respublikaçı qadınlar" sənədli filmi nümayiş olunacaq.

Hafta.az yazır ki, qadınların Azərbaycan tarixində oynadıqları roldan bəhs edən sənədli film “Qız Qalası. Qadın olmaq” Müasir İncəsənət Festivalı çərçivəsində təqdim olunacaq. 

Film İsveçrə səfirliyinin tam maliyyə dəstəyi ilə 2018-ci ilin yazında Rasional İnkişaf Qadınlar Birliyi (WARD) tərəfindən ərsəyə gətirilib. Sənədli film qadınların Azərbaycanda səs hüququnun 100 illiyinə həsr olunub və sentyabrın 23-də saat 18.00-da Bakıdakı Landmark CineClub-da nümayiş etdiriləcək. 

Giriş pulsuzdur. Film Azərbaycan dilində, ingilis dilində altyazılarla təqdim olunacaq.