Avropanın 9 ölkəsindən 28 rəssam Qafqaz ekspedisiyasına çıxıb

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Avropanın 9 ölkəsindən olan 28 rəssam tədqiqatçı və mədəniyyət sahəsində müxtəlif layihələrin prodüserləri region adamları ilə görüşmək, onlardan maraqlı əhvalatlar eşitmək, özlərinin bədii əsərləri üçün yeni ideyalar tapmaq məqsədilə Hopadan (Türkiyə) avtobusda Gürcüstana, oradan da Azərbaycana səyahət edəcək. Sonra ekspedisiyanın nəticəsi olaraq bu yaradıcı insanların hesabatları olduqları məkanda ixtisaslarına uyğun şəkildə düzənlənməsi gözlənilir. Bildirək ki, 6 təşkilatın əməkdaşlığının məhsulu olan “CORNERS“ layihəsi Avropa İttifaqı yanında Mədəni Proqram və Acarıstanın (Gürcüstanda muxtar respublika) Təhsil, Mədəniyyət və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir. Xatırladaq ki, “Intercult“ qurumunun təşkil etdiyi ekspedisiya oktyabrın 13-dək davam edəcək.
Vüsal