"Dünyanın heç bir ölkəsində təbii fəlakətlər nəticəsində dağılmış evləri dövlət tikmir"- Azər Badamov

12:33 06.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına aparılan tikinti və təmir işləri barədə məlumat verdi.

Mən bu il üçüncü dəfədir ki, Şamaxıdayam. Birinci dəfə o bədbəxt hadisə ilə əlaqədar gəlmişdim, fevral ayında, zəlzələ baş verəndən sonra. Müvafiq təlimatlar verildi. Bütün qüvvələr səfərbər olundu. İkinci dəfə mart ayında gəlmişdim. Artıq birinci evlərin tikintisini də qeyd etdik. Göstəriş verdim ki, maksimum çalışmalıyıq ilin sonuna qədər bütün evlər tikilsin. Şadam ki, buna nail olmuşuq. Bu da əslində misli görünməmiş məsələdir. Çünki 10 ay ərzində bütün fərdi evlər tikildi, təmir olundu. İndi düzdür, bəzilərinin tikintisi davam edir. Hündürmərtəbəli, 174 mənzilli üç bina, o cümlədən bu bina. Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda da böyük işlər görülübdür. Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır”,- deyə Prezident İlham Əliyev Şamaxıda səfərdə qonaq olarkən deyib.

Prezidentin Şamaxı səfərini hafta.az-a şərh edən millət vəkili Azər Badamov dedi ki, cənab Prezident bu il üç dəfə Şamaxı şəhərinə səfər etdi və orada əziyyət çəkmiş insanların yanında olub, onların fikirlərini dinləyir: “Dövlət başçısı bu kimi səfərlər etməklə yerindəcə insanların problemləri ilə tanış olmaq, onlara öz dəstəyini göstərmək kimi humanist prinsiplə yanaşır. Birinci, növbədə hakimiyyət hər zaman xalqın yanındadır. Dünyanın heç bir ölkəsində belə zəlzələ, sunami nəticəsində dağılmış evləri dövlət tikmir. Sığorta şirkətləri bu işləri yerinə yetirir. Bu müddət ərzində insanlar bir çox çətinliklərlə qarşılaşırlar. Amma onlardan fərqli olaraq hakimiyyət xalqın hər zaman yanında olur və belə hallarda öz dəstəyini əsirgəmir. Müasir, daha yaxşı həyat şəraiti ilə təmin edilirlər. Ölkə başçımız hər zaman deyir ki, biz xalqın xidmətçiləriyik. Bu kimi səfərlər də həqiqətən xalqın xidmətçisi olduğunu əyani göstərir”.

Oxunma sayı 168
Gündəm rubrikasından digər xəbərlər