"Ermənistanda irqçilik mühitinin hökm sürməsi faktı ictimaiyyətə çatdırılmalıdır" - Fərid Şəfiyev

10:31 22.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Qaregin Njde məsələsi daim gündəmdə saxlanılmalı və bu, müvəqqəti xarakter daşımamalıdır".
 
Hafta.az yazır ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Ankarada Avrasiya Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Erməni-nasizm əməkdaşlığı" adlı tədbirdə çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Ermənistanda "məxməri inqilab" adlandırılan hakimiyyət dəyişikliyindən sonra ermənilər özlərini liberal, islahatçı kimi qələmə verməyə çalışırlar: "Ermənistanda əslində irqçilik mühitinin hökm sürməsi faktı ictimaiyyətə çatdırılmalıdır. Ermənistanın daxili mühitini daha yaxşı öyrənmək üçün tədqiqatçılara ehtiyac var". 
 
 
Daha sonra çıxış edən Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, ermənilərin tarix boyu qəhrəmanları olmadığı üçün Azərbaycan və Türkiyə əleyhinə terrorlar törətmiş şəxsləri özlərinə qəhrəman elan ediblər. Onun sözlərinə görə, bu baxımdan Ermənistan SSRİ-yə qarşı açıq vuruşmuş Qaregin Njdeni qəhrəman elan edib: "Qaregin Njde "tsexakronizm" ideyasını irəli sürürdü. Bu isə "dinin hakimiyyəti" deməkdir. Bu ideologiyaya əsasən ermənilər ən ali millətdir və "tsexakronizm" ideyası faşızm idealogiyası ilə üst-üstə düşür. Hazırda Ermənistan rəsmi olaraq bu ideologiya ilə idarə olunur". 
 
Qafar Çaxmaqlı bildirib ki, alman kəşfiyyatı üçün çalışan Qaregin Njdeyə xidməti qarşılığında Naxçıvan, Qarabağ və Şərqi Anadolu vəd edilmişdi.
Siyasət rubrikasından digər xəbərlər