"Eurohome"dakı yanğında 9 nəfər zəhərlənib, 3 nəfər xəstəxanaya yerləşdirilib - Səhiyyə Nazirliyi

10:33 10.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Eurohome" tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Bu barədə hafta.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, saat 10:45-ə olan məlumata görə hadisə nəticəsində tüstüdən zəhərlənən 6 nəfərə yerində yardım göstərilib:

"2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib".

Siyasət rubrikasından digər xəbərlər