Ukrayna parlamentinin sədri Azərbaycana gələcək

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Ukrayna Ali Radasının (parlamentin) spikeri Vladimir Litvin Azərbaycana rəsmi səfərə gələcək. Bunu Ukrayna parlamentinin deputatı və GUAM-Pa-da bu ölkənin nümayəndə heyətinin rəhbəri Anatoliy Matviyenko bildirib. Onun sözlərinə görə, səfər gələn ilin birinci yarısında reallaşacaq. Hazırda səfərin reallaşması istiqamətində diplomatik kanallarla səfərin dəqiq vaxtı və proqramı müəyyənləşdirilməsi istiqamətində danışıqlar aparılır. A.Matviyenko söyləyib ki, Ukrayna Azərbaycan ilə hərtərəfli əlaqələrə böyük önəm verir və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsində və genişləndirilməsində maraqlıdır. Bunun üçün hər iki ölkədə geniş imkanlar mövcuddur və biz əməkdaşlığımızı inkişaf etdirmək üçün bu imkanlardan istifadə etməliyik. Ukraynalı deputat vurğulayıb ki, Azərbaycan parlamentinin spikerinin də Ukraynaya səfəri gözlənilir və belə qarşılıqlı yüksək səviyyəli səfərlərin əlaqələrin inkişaf etdirilməsində müstəsna rol oynayır.
Vüsal