"Jurnalistlər məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılov

12:18 24.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda jurnalistlər məlumatlarla təmin edilməlidir. Bilirik ki, bu sahədə problemlər mövcuddur”. 

Bunu media nümayəndələri üçün postmünaqişə dövrü ilə bağlı keçirilən təlimdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. 

O bildirib ki, MEDİA sahə jurnalistikasının inkişafında maraqlıdır. 

“Biz belə bir müstəvinin formalaşmasının tərəfdarıyıq”, - deyə Əhməd İsmayılov əlavə edib. 

Əhməd İsmayılov bildirib ki, gələcəkdə xarici ekspertlər də bu cür təlimlərə cəlb oluna bilər. 

Oxunma sayı 29