"Liverpul" hücumçusunu satdı

19:13 02.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin "Sauthempton" klubu ötən mövsüm "Liverpul"dan icarəyə götürdüyü Denni İnqzin trnsfer hüququna yiyələnib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı forvardla 2022-ci ilə kimi müqavilə imzalanıb. Bu keçid üçün "qırmızılar"a 20 milyon funt-sterlinq təzminat ödənilib.

İnqz "Liverpul"a 2015-ci ildə "Börnli"dən transfer olunmuşdu.