HƏFTƏNİN SİTATLARI

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Prezident İlham Əliyev:
“Müasir dünyada informasiya mübadiləsi, təhlükələrin aradan qaldırılması üzrə əlaqələndirmə və birgə tədbirlər müstəsna əhəmiyyətə malikdir. Hər bir ölkənin təhlükəsizliyi dövlət üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, təhlükəsizliyi daha uğurla təmin etmək yalnız birgə səylərlə mümkündür“.

Nikola Sarkozi,Fransa prezidenti:
“Fransa və Almaniyanın tarixi nümayiş etdirir ki, ən dərin ağrını yumşaltmaq və ən dərin nifrətə qalib gəlmək, xalqların tarixində hətta ən ağır anlarda belə barış üçün özündə güc tapmaq mümkündür“.

Elmar Məmmədyarov,xarici işlər naziri:
“Ermənistan öz oğullarının qanı ilə Dağlıq Qarabağın müstəqilliyini qazanıb“ ifadəsi məntiqsiz fikirdir. Belə yanaşma ilə heç yerə getmək olmaz. Çünki cavabında bildirmək olar ki, Azərbaycan öz oğullarının qanı ilə ərazi bütövlüyünü bərpa edəcək və işğal edilmiş torpaqlarını qaytaracaq“.

Lamberto Zanner,ATƏT-in baş katibi:
“ATƏT-in gündəliyində Dağlıq Qarabağ nizamlanması mühüm yer tutur. Biz dünya birliyinin şəraitin normallaşdırılması səylərini izləyirik“.

Nurəddin Mehdixanlı,Azərbaycanın xalq artisti:
“Öz dərin təşəkkürümü bildirim ki, onlar mənə 55 yaşım ərəfəsində çox gözəl “hədiyyə“ etdilər“.