"Mitinq xaricdəki və daxildəki bəzi mafioz qüvvələr tərəfindən sifariş edildiyi üçün onu təxirə sala bilməzdilər" - Niyaməddin Orduxanlı

15:34 20.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Mitinq xaricdəki və daxildəki bəzi mafioz qüvvələr tərəfindən sifariş edildiyi üçün onu təxirə sala bilməzdilər. 19 oktyabr mitinqində Əli Kərimli çıxış edərkən bir qrup şəxs yerdən dövlət hakimiyyət orqanlarının üzərinə yürüş etməyi tələb etməyə başladı. Əli Kərimli isə bildirdi ki, hazırda az olduqları üçün bunu etmək olmaz. Yalnız növbəti mitinqlərdə iştirakçıların sayı artacağı təqdirdə bunu edəcəklər.

Hafta.az xəbər verir ki, bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Fikirlərini davam etdirən partiya funksionerinin sözlərinə görə, bu isə polislə ciddi toqquşma və şəhərdə kütləvi iğtişaşlar deməkdir. Hansı ki, düşmənlərimiz də bunu arzu edir:

"Ona görə də iqtidar bir müdddət mitinqlərə iacazə vermədi, amma görəndə ki, bundan istifadə edib “Azərbaycanda sərbəst toplaşma azadlığı pozulub” deyərək ölkənin beynəlxalq imicini korlayırlar, onda şəhərin kənarında mitinqlərə icazə verdi. Məncə məqsəd odur ki, mərkəzi dövlət hakimiyyəti orqanlarının üzərinə yürüş olarsa, onun qarşısı başqalarının əmlakına ciddi ziyan vurulmadan böyük dağıntılarsız alınsın. Aksiyanın qarşısının qətiyyətlə alınmasına gəldikdə isə sabitliyi pozub, islahatların qarşısını ala bilməz. Vaxtilə ağzı köpüklənə-köpüklənə “payızda inqilab olacaq” deyənlər barədə demişdim ki, payızı gözləyək, həmin çağırışı edənlərin özləri qorxularından ayaqlarını Azərbaycana basmayacaqlar".

Siyasət rubrikasından digər xəbərlər