"Naməlum Qadının məktubu" Şah Mat teatrında

15:53 10.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Zirzəmi teatrı” üslubunda olan  ŞAH MAT Teatrının səhnəsində  dünya şöhrətli yazıçı Stefan Sveyqin   “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanan "Naməlum Qadının məktubu" tamaşası təqdim olunacaq.

Hafta.az xəbər verir ki, tamaşa sentyabrın 12-i saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"-da nümayiş olunacaq.

İstedadlı gənc  aktrisa Günel İmanovanın rol aldığı səhnə əsəri rejissor Mir Qabil Əkbərovun quruluşunda təqdim olunacaq.

Teatrın Mətbuat katibi Turan Etibaroğlu bildirib ki,tamaşaçılara təqdim olunan nümunə "Qara qutu" üslubunda və minimalizm yanaşması ilə  hazırlanıb.Səhnə əsəri  məşhur belletrist R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.

Gənc sənətçilər Mir Qabil Əkbərov və Günel İmanovanın birgə səhnə  fəaliyyəti nəticəsində hazırlanmış tamaşaya biletləri 3 AZN əldə etmək mümkündür.