"Neftçi" və "Sumqayıt"dan qələbə

22:00 20.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

Hafta.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. 
 
"Neftçi" öz meydanında "Zirə"ni qəbul edib. Görüşdə "ağ-qaralar" üstün olub - 3:0.

Günün digər matçında isə "Sumqayıt" "Səbail"in qonağı olub. "Sumqayıt" səfərdə qələbəyə sevinib - 2:0.

20 oktyabr (bazar)

Azərbaycan Premyer Liqası, 8-ci tur

“Səbail” – “Sumqayıt” - 0:2
Qollar:
 Peyman Babayi, 47, Elvin Cəfərquliyev, 90+4
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov.
“ASCO Arena”

“Neftçi” – “Zirə” - 3:0
Qollar:
 Dario Federiko, 27, Dabo, 46, Stiven Monroz, 77
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
“Bakcell Arena”