"Növbəti il üçün qəbul imtahanlarının vaxtı müzakirə edilir" - DİM sədri

13:37 05.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, bu məsələ müzakirə edilir".

Hafta.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də futbol üzrə Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək:  "Ölkədə kütləvi tədbirlər keçirilən zaman kütləvi imtahanların da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçirilək tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik".

Oxunma sayı 44
Sosial rubrikasından digər xəbərlər