"Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir" - Səfir Bilal Hayi

16:33 25.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ölkələrimiz arasında mövcud olan əlaqələrin yüksək səviyyəsindən məmnunuq”.

Hafta.az yazır ki, bu sözləri Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayi jurnlaistlərlə görüşdə deyib.

Diplomat qeyd edib ki, ölkələrarasın əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, daha da inkişaf etdirmək lazımdır. Çünki bunun üçün yaxşı potensial mövcuddur. “İqtisadi əlaqələri genişləndirmək üçün fərqli sahələr var. Məsələn, dərman sahəsində. Pakistanın dərman şirkətləri Azərbaycan bazarına öz istehsalımız olan dərman və tibbi ləvazimatları çıxara biilərlər. Dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda, ölkəmizdə bəzi dərman şirkətləri var ki, onlar virusun müalicəsində istifadə olunan dərmanlar istehsal edir. Başqa bir sahə turizm sektorudur. Ötən il 40 min pakistanlı Azərbaycana səyahət edib və çalışıb bu sayı daha da artıra bilərik. Pakistanla Azərbaycanın təbiəti, tarixi yerləri qarşılıqlı olaraq vətəndaşlar üçün cəlbedicidir. Təhsil sahəsində əməkdaşlıq üçün imkanlar genişdir. Pakistanda aparıcı universitetlər var. Hansı ki, tələbə mübadiləsi yolu ilə azərbaycanlı tələbələr həmin ali təhsil müəssisələrində təhsil ala bilərlər”, - səfir deyib.

Oxunma sayı 3248
Siyasət rubrikasından digər xəbərlər