"Oxbridge Azərbaycan" məktəbinin şagirdləri Argentina səfirliyində olublar

11:21 21.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakının tanınmış orta təhsil müəssisələrindən olan "Oxbridge Azərbaycan" məktəbinin bir qrup şagirdi Argentinanın ölkəmizdəki səfirliyində olub.

Hafta.az yazır ki, şagirdləri məktəbin ispan dili müəlliməsi Edif xanım müşayiət edib. Səmimi və xoş atmosferdə keçən görüş zamanı Səfirliyin əməkdaşları Argentina dövləti haqqında, eləcə də səfirliyin gördüyü işlər barədə şagirdlərə məlumat verilib. Eyni zamanda, məktəblilərin verdiyi çoxsaylı maraqlı suallar diplomatlar tərəfindən cavablandırılıb.