"Payız–qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər görülür"- “Azəristiliktəchizat”-dan açıqlama

13:10 22.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq payız mövsümünü yaşayırıq. Qış mövsümünün başlamasına da çox az bir vaxt qalıb. Hər il mətbuatda ciddi müzakirələrə yol açan məsələlərdən biri də, binalarda, yaşayış komplekslərində və digər obiyektlərdə mərkəzi istilik sistemlərində yaranan problemlərlə bağlıdır. Bəs bu il necə, bu kimi problemlərin yaranmaması üçün hansı işlər görülür? Bununla bağlı “Azəristiliktəchizat” ASC-ə suallarımızı ünvanladıq.

 “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev hafta.az-a açqlamasında dedi ki, 2019-2020-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar olaraq “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilmişdir.

O, bildirdi ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 01 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur:

“Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilmişdir.

Tədbirlər planına əsasən 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılmış, 530 odluq təmir olunmuş, 930 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunmuş, 1190 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənmiş, qazanlarda 1810 m2 izolyasiya örtüyü təmir olunmuşdur. İstilik şəbəkəlirində 22780 ədəd siyirtmə və ventil təftiş olunmuş, onlardan 12915 ədədi əsası və cari təmir olunmuş, 825 ədədi isə yenisi ilə əvəz olunmuşdur. Magistral və məhəllədaxili İstilik xətlərində 16375 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11020 m2 dam örtüyü təmir edilmişdir. Bundan başqa 553 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənmiş və Na-kationit süzgəclərində 34 ton kationit materialları dəyişdirilmişdir.

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2019-2020-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülmüşdür. Belə ki, 990 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılmış, 44,1 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunmuş, 371.2 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılmışdır.

Bundan başqa 1895 ədəd qoruyucu klapan və 2250 ədəd əks klapan, 515 ədəd ehtiyyat su çəni təftiş və təmir olunmuş, 2970 ədəd çirktutan təmizlənmiş və 535 ədəd qaz təsərrüfatı təftiş olunaraq 150 km qaz xətti yoxlanılmışdır.

Eyni zamanda bildiririk ki, hazırda bir çox qazanxana və istilik məntəqələrində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılmışdır. Bu sistem vasitəsi ilə Bakı şəhərinin və regionların istənilən ərazisində qazanxana və istilik məntəqələrindən yaşayış binaları və sosial obyektkərə gedən və qayıdan xətlərdəki suyun temperaturuna və təzyiqinə, qazanxanaların girişində qazın təzyiqi parametrlərinə nəzarət etmək mümkündür. Hazırda payız –qış mövsümünə hazırliqla əlaqədar tədbirlər davam etdirilir”.

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi onu da əlavə olaraq bildirdi ki, eyni zamanda bildiririk ki, payız qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar tərəfindən də yaşayıyış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməlidir: “Binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı , istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır”.

 

Sosial rubrikasından digər xəbərlər