"Qaçqınkom" köçkünlərin xatirələri barədə videoçarx hazırladı

12:54 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və  təəssüratları barədə videoçarxlar hazırlayır.

 

Hafta.az xəbər verir ki, Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.

 

Növbəti videoçarxlarda Şuşa şəhərinə səfər etmiş məxburi köçkünlər öz təəssüratlarını bölüşür.  Videolayihə əsasında çəkilişlər davam etdirilir.

 
 
Oxunma sayı 20
Siyasət rubrikasından digər xəbərlər