"Qarabağ" - "Bazel" oyunu BOS-da keçiriləcək

10:43 08.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA “Qarabağ” – “Bazel” oyununun yeri ilə bağlı qərarını açıqlayıb.

Hafta.az xəbər verir ki, matçın stadionu dəyişdirilib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılmalı olan görüş Bakı Olimpiya Stadionunda keçiriləcək. Buna əsas səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.

Qeyd edək ki, sentyabrın 16-sı keçiriləcək matç 20:45-də başlayacaq.

Oxunma sayı 98