"Qəbələ"dən böyükhesablı qələbə, Bayılda heç-heçə

19:00 15.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

Hafta.az
xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

"Qəbələ" öz meydanında "Sabah"ı qəbul edib. Oyun "qırmızı-qaralar"ın böyükhesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə isə "Zirə"  "Səbail"in qonağı olub. Qarşılaşmada qol olmayıb.

Bu mərhələnin digər iki görüşü sabah keçiriləcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-u və 20-də olacaq.

15 dekabr

“Səbail” – “Zirə” - 0:0
Hakimlər:
 Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
“ASCO Arena”

“Qəbələ” – “Sabah” - 3:0 
Qollar: 
Klesio Bauk, 19, 43, Ülvi İsgəndərov, 87
Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+2-ikinci sarı vərəqə ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy
Qəbələ şəhər stadionu

16 dekabr

18:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər:
 Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

20:00. “Qarabağ” – “Keşlə”
Hakimlər:
 Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu

Oxunma sayı 45