"Qida təlimi: dad mədəniyyəti" – İtaliya mətbəxi Bakıda  

15:42 08.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

18-24 noyabr tarixlərində keçiriləcək dünyada İtalyan mətbəxinin dördüncü həftəsinin mövzusu "Qida təlimi: dad mədəniyyəti"dir. Bu təşəbbüsün məqsədi keyfiyyətli İtalyan mətbəxinin və İtalyan qida məhsullarının dünyada tanıdılmasıdır. Bu, getdikcə daha da genişlənərək “Made in Italy” üçün vacib bir hadisəyə çevrilməkdədir.

Hafta.az yazır ki, bu fikirlər İtaliyanın ölkəmizdəki səfirliyinin yaydığı məlumatda deyilir. Həftə ərzində İtaliyanın diplomatik-konsulluq şəbəkəsi, İtaliyanın mədəniyyət institutları və İtaliya Ticarət Agentliyinin ofisləri dünyada çox sayda tədbir təşkil etmək niyyətindədirlər: seminarlar və konfranslar, aşpazlarla görüşlər və aşpazlıq kursları, dequstasiyalar və şam yeməkləri, biznesin təşviqi fəaliyyətləri. İtalyan mətbəx, filmlər, konsertlər və foto sərgilər ilə də təsvir edilələcək. Bundan əlavə, “Expo Milano 2015” çərçivəsində gündəmdə olan qida və ətraf mühitin qorunması, sağlam qida mədəniyyəti, qida təhlükəsizliyi, qida hüququ ,qida təlimi, ərazilərin xüsusiyyətləri və biomüxtəliflik kimi böyük aktuallıq kəsb edən mövzulara da toxunulacaq.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən hazırlanan və idarə edilən layihə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı, Qida və Meşə Siyasəti Nazirliyi, Təhsil Nazirliyi , Mədəniyyət və Turizm Nazirliyi daxil olmaqla işçi qrupu çərçivəsində hazırlanıb. Layihədə eyni zamanda, İtalyan mətbəxini və İtaliyanı təmsil edən bütün əsas orqanlar, birliklər və qurumlar: İtalyanın bölgələri, ICE Agentliyi, ENIT Agentliyi, universitetlər, Ticarət Palataları, aşpazlıq məktəbləri, sertifikataşdırılmış İtalyan restoran şəbəkələri və qida və şərab sektorundakı operatorlar iştirak edir.

Təxminən 300-ə yaxın diplomatik-konsulluq şəbəkəsi, İtalyan Mədəniyyət Qurumları və İtaliya Ticarət Agentlikləri tərəfindən planlaşdırılan 1000-dən çox fəaliyyət, UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Aralıq dənizi pəhrizi vasitəsilə sağlam həyat tərzini təşviq etmək və İtalyan kulinariya ənənəsini qorumaq məqsədi ilə geniş şəkildə təşəbbüsün bütün coğrafi bölgələri əhatə etməsinə imkan yaradır.

Təşəbbüs, dövlət və özəl sektorları ölkəmizin vahid təşviqat fəaliyyətinə fəal cəlb etmək məqsədilə İtaliya hökumətinin başlatdığı “Vivere ALL’Italiana”, yəni "İtalyansayağı yaşamaq" planının bir hissəsidir.

Daha sonra məlumatda qeyd olunur ki, Bakı ictimaiyyəti, İtalyan mətbəxi həftəsinin ilk üç buraxılışına həvəslə reaksiya göstərərək, onu İtaliyanın həyat tərzi və mədəniyyətinin təbliğində ilin əsas tədbirlərindən birinə çevirməyə kömək etdi.

“Bu il “Vivere ALL’Italiana”, yəni "İtalyansayağı yaşamaq " adı altında tam bir şəkildə təqdimat edəcəyik. İtaliyanın Bakıdakı səfirliyi və İtaliya Ticarət Agentliyi tərəfindən təşkil edilən şam yeməkləri, dequstasiyalar, yemək hazırlama şouları və seminarlardan ibarət zəngin və çeşidli tədbirlər sayəsində saysız-hesabsız italyan ləzzətləri, bölgələrimizin dəyərli ənənələri və bəzi məşhur aşpazlarımızın öz qastronomik yenilikləri ilə bizimlə birlikdə qeyri-adi bir macəra yaşayacaqsınız” deyilən məlumatda bildirilir ki, qida təlimi mövzusu qida təhlükəsizliyi, kənd təsərrüfatı ilə ətraf mühitin qorunması arasındakı əlaqə, sağlam qida mədəniyyətinin həyati əhəmiyyəti, ixtisaslaşmış və keyfiyyətli məhsul istehsal etməklə yerli iqtisadiyyatları gücləndirmək kimi qlobal problemləri araşdırmağa imkan verəcək. Həftə İtaliya ilə Azərbaycan arasında körpülər quracaq: ən yaxşı Azərbaycan məhsulları İtalyan kulinariya ənənələrini zənginləşdirəcək, xüsusi tədbirlər ümumi məsələləri işıqlandıracaq və dövlət siyasəti sahəsində həll yollarını təklif edəcək.

Eyni zamanda, Azərbaycanlı mütəxəssislər və qida həvəskarları məşhur İtalyan aşpazlarının işlərini və bizim yüksək keyfiyyətli markaların məhsullarını kəşf edib zövq ala biləcəklər. Moda nümayişi və musiqi bu mənzərəni tamamlayaraq İtalyan Mətbəxi Həftəsini İtalyan həyat tərzinə həsr edilmiş və Azərbaycanda indiyə qədər keçirilmiş ən sensasiyalı tədbirə çevirəcək.

İtaliyanın Bakıdakı səfirliyi və Bakıdakı İtaliya Ticarət Agentliyi “Expo Milano 2015” üçün inşa edilən və mətbuata təqdim edilməsi üçün Bakıya gətirilən pavilyon olan “Expo Cafe”də noyabrın 12-də saat 17: 30-da mətbuat konfransı təşkil edərək çoxsaylı fəaliyyətlər haqqında məlumat verəcək.

Bakının bir neçə ən yaxşı restoranlarına dəvət etdiyimiz məşhur aşpazlar arasında Anna Maria Palma, Nikola Batavia və Stefano Boselli var və həftənin xüsusi qonağı dünyaca məşhur aşpaz Carlo Craccodur.

Əsas mövzular aşağıdakılar olacaq: Aralıq dənizi pəhrizi (UNESCO Dünya İrsi) - sağlam həyat tərzi və hər kəs üçün balanslı bir pəhriz; Qorunan, yoxlanılan və İtalian sounding fenomeninə zidd məhsullar; İtalyan şərabları və onların istehsal əraziləri: "Prosecco di Conegliano və Valdobbiadene təpələri" nin UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi; Regional qida və şərabçılıq üzrə turistik marşrutlar, İtaliya kəndlərinin yenidən kəşfi və onların tipik kulinariya məhsulları; Mətbəx və qonaqpərvərlik sahəsində İtalyan təlim təklifinin beynəlmiləlləşməsi; Mətbəx üçün müxtəlif innovativ ixtiraların yaradıcısı Leonardo da Vinçinin vəfatının 500-cü ildönümü münasibətilə təşkil olunan mədəni fəaliyyətlər.

 

Sosial rubrikasından digər xəbərlər