"Real"ın Mpabbe planı

14:36 16.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Real" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək istəyindən vaz keçmir.

"Kral klubu" onu ucuz qiymətə heyətinə qatmağı planlaşdırır.

Belə ki, Madrid təmsilçisi Mbappeni 2021-ci ildə, müqavilə müddətinin sonuna bir il qalmış almaq niyyətindədi. Klub prezidenti Florentino Peres Fransa millisinin üzvünün həmin vaxta qədər parislilərlə yeni sözləşmə bağlamamasına ümid edir.

Tibo Kurtua və Eden Azarı eyni yolla transfer edən La Liqa klubu Mbappeni də 2021-ci ilin yayında ucuz qiymətə almaq istəyindədi.

Qeyd edək ki, PSJ-nin illik 50 milyon avro maaş olmaqla yeni müqavilə təklifini Mbappe bu yaxınlarda rədd etmişdi.