"Rusiyanın Ermənistana verdiyi silahlar mülki əhaliyə qarşı istifadə olunur"- POLİTOLOQ

11:41 14.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın işğalçı Ermənistana silah satması əvvəlki ənənəsinə sadiq olduğunu bir daha ortaya qoydu. Rəsmi Kremlinin bu siyasəti Minsk Qrupundakı həmsədrlik statusuna da kölgə salmış oldu. Azərbaycan-Rusiya münasibətləri fonunda da soyuqluq yaranacağı ehtimal olunandır.

Azərbaycan Respublikasının Prezidentinin rusiyalı həmkarı arasında baş tutan telefon danışığı barədə hafta.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, Rusiyanın Ermənistana silah satması ilə bağlı dövlət başçısının Vladimir Putindən izahat istəməsi çox vacib nüanslardan xəbər verir:

“Hadisələr göstərir ki, Rusiya Ermənistanın işğalçı fəaliyyətinə birbaşa dəstək olur. Xüsusilə də bu dəstək Tovuz döyüşlərindən sonra yenidən başlayıb. Bu, çox ciddi faktlardır. Buna da müəyyən cavablar verilməlidir. Rusiya ilə Azərbaycan strateji müttəfiqdir, qonşu dövlətdir. Yarana biləcək hər bir hadisəyə Rusiya cavab verməlidir. Ermənistana bu formada silah verirsə, ilk növbədə beynəlxalq-humanitar hüququn prinsiplərini pozur. O silahlar erməni təxribatları zamanı mülki əhaliyə qarşı istifadə olunur. Belə halda Rusiyanın üzərinə düşən məsuliyyətlərin çəkisi də artır. Digər məqam ondan ibarətdir ki, Azərbaycan bunları Rusiyaya çatdırmaqla mesaj verdi ki, Rusiyanın atdığı addımları izləyə bilir. Azərbaycan bu prosesdə tək deyil. Ən son izləmə aparatlarına malikdir. Eləcə də Azərbaycanın tərəfdaşları bu məlumatı ötürə bilirlər”.

Ə. Əlibəylinin fikrincə, Türkiyə ilə Azərbaycanın hərbi strateji vəziyyətlərin yeni fazaya daxil olması onu göstərir ki, Azərbaycan Rusiyadan gələn təhlükələri açıq şəkildə görə bilir, prosesləri qiymətləndirə bilir. Türkiyənin açıq şəkildə bəyanat verməsi, ardınca dövlət başçısının  Rusiya rəhbərinə zəng etməsi, hadisələrin daha dərin məcrada, xüsusilə də hərbi panoramanın gərgin olmasından xəbər verir”.

Oxunma sayı 2858
Siyasət rubrikasından digər xəbərlər