"Sabah"dan heç-heçə, "Keşlə" qalib gəldi

22:00 26.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

Hafta.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. "Keşlə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə "Sabah" "Zirə"ni qəbul edib. Görüş heç-heçə başa çatıb.

Qeyd edək ki, turun digər matçları 27-28 oktyabr tarixlərində oynanılacaq.

26 oktyabr

“Sabah” – “Zirə” - 2:2
Qollar: 
Nicat Süleymanov, 23 (0:1), Amadu Diallo, 28 (1:1), 44 (2:1), Nicat Süleymanov, 88 (2:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
“Bank Respublika Arena”

“Keşlə” – “Qəbələ”- 2:1
Qollar: Lorenzo Frutos, 1 (1:0), Sezar Meza Kolli, 42 (2:0), David Valkov, 58 (2:1)
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
“ASCO Arena”

27 oktyabr (bazar)

17:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
“Kapital Bank Arena”

28 oktyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu