"Sahil" stansiyasında işıqlar söndü - Metroda gərginlik

13:38 20.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda metroda problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hafta.az-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 10:55 radələrində metronun "Sahil" stansiyasında baş verib.

Onun sözlərinə görə, metropolitenə gələn elektrik xəttində gərginlik qəfil düşdüyündən stansiyanın eskalatorları və işıqlandırma sistemi dayanıb. Təxminən 3 dəqiqə ərzində problem aradan qaldırılıb.

 

B.Məmmədov bildirib ki, hadisə qatarların hərəkətinə mane olmayıb və intervalda gecikmə yoxdur. Hadisə nəticəsüində sərnişinlər arasında xəsarət alan olmayıb.