"Seçkilərdə müşahidəçilərin iştirakı əhatəli şəkildə təmin olunacaq" - MSK üzvü

17:20 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda mövcud sağlam seçki mühiti müşahidəçilərin seçki prosesində iştirakına olan marağı daha da artırır”.

Bu fikirləri secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib.

O qeyd edib ki, 9 fevralda ölkədə keçiriləcək parlament seçkilərində istər yerli, istərsə də beynəlxalq müşahidəçilərin iştirakı əhatəli şəkildə təmin olunacaq.

“Hesab edirəm ki, seçki prosesində aşkarlıq institutunun tətbiq edilməsi seçki qanunvericiliyinin tələblərinə tam şəkildə əməl olunmasına böyük dəstək olacaq”, – deyə Q.Orucov bildirib. 

Siyasət rubrikasından digər xəbərlər