"Son illər ölkəmizdə erkən nikahların sayı xeyli azalıb" - Hicran Hüseynova 

12:27 22.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Son illər ölkəmizdə erkən nikahların sayı xeyli azalıb".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O, qeyd edib ki, Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ən çox 2011-ci ildə olub:

"2011-ci ildə 5138 erkən nikah var idi. O zaman biz təklif etdik ki, Ailə Məcəlləsinə dəyişiklik olunsun və nəticədə 2012-ci ildən bu göstərici azaldı. 2018-ci ildə bu rəqəm 338 olub”.

Hicran Hüseynova əlavə edib ki, 2011-ci ildə 15-17 yaşlı qızların dünyaya gətirdiyi uşaqların sayı 4392 idisə, 2018-ci ildə bu rəqəm 2129 olub:

"Biz çalışırıq ki, bu məsələ də aradan qaldırılsın. Bunun üçün müvafiq qurumlarla birgə fəaliyyət aparırıq”.