"Tar-Gitara" dueti bakılılarla görüşə gəlir

12:55 25.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransanın ölkəmizdəki səfirliyi, Fransız İnstitutu, UFAZ, Landmark və Thales şirkətinin tərəfdaşlığı ilə, “OKİ Prod” Azərbaycanda musiqi əməkdaşlığını davam etdirir.

Hafta.az yazır ki, oktyabrın 30-da, saat 19.00-da, Landmark Rotunda Cazz Klubda, fenomen gitara ifaçısı Filiqan və tarzən İsmayıl Zülfüqarovun “Tar-Gitara dueti” adlı müstəsna konserti baş tutacaq.

Filiqanın bu layihəsi Azərbaycanla Fransa arasında mədəni əməkdaşlığın bir hissəsidir. Fransız gitaraçının gənc və istedadlı azərbaycanlı tar ifaçısı İsmayıl Zülfüqarov ilə təsadüfi tanışlığı, "Tar-Gitara" duetinın yaranmasına təkan verib və bu konsert, iki istedadlı musiqiçinin səhnədəki üçüncü görüşüdür. Öz janrında Azərbaycanda ilk sayılacaq bu konsert, inanılmaz çevikliklə ənənəvi musiqidən müasir musiqiyə keçərək, multikultural və plurietnik əməkdaşlıqdan ortaya çıxan həyəcanverici atmosferi sizinlə bölüşmək üçün bir fürsət olacaq.