"Tarqovı"da insanlara bıçaqla hücum edən şəxslərin saxlanılıb

13:47 13.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gecə Səbail rayonunda iki nəfər şəxsin insanlara qarşı bıçaqla hücum çəkən şəxslər saxlanılıb.

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədovdurlar:

Dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərmişdir. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.

Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.

Araşdırma aparılır.

Oxunma sayı 28