"Tovuz əməliyyatı zamanı hərtərəfli dəstəyi biz Türkiyədən gördük"- Rəy

15:01 14.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, avqust ayının ilk ongünlüyündə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlimləri təşkil edildi. Ermənistanın Tovuz rayonu istiqamətində hərbi təxribatlarından sonraya təsadüf edən bu təlimlər Ankaranın güclü siyasi dəstək bəyanatları ilə də yadda qaldı. 

İki ölkənin mövcud dostluq və qardaşlıq bağları barədə hafta.az-a danışan politoloq Fikrət Sadıqov deyib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir:

“Türkiyənin Azərbaycana dəstək verməsini xalq və dövlət olaraq hər zaman yüksək qiymətləndirmişik. Tovuz əməliyyatı zamanı da hərtərəfli dəstəyi biz Türkiyədən gördük. Son yaşananlar onu göstərir ki, qardaş ölkə ilə münasibətlərimiz əsas prioritet təşkil edir. Gələcək zamanlarda da bu münasibətin yüksək səviyyədə saxlanılması üçün lazımı addımlar atılır. Şübhə etmirəm ki, qardaş ölkə ilə baş tutan görüşlərdən sonra işğalçı Ermənistanın torpaqları qaytarması da reallaşa bilər. Beynəlxalq meydanlarda, görüşlərdə də Türkiyə Azərbaycanın yanında olacaq. Bu münasibətlər bütün sahələrdə inkişaf edəcək”.

Oxunma sayı 2652
Siyasət rubrikasından digər xəbərlər