"Türkiyə İncirlik aviabazasını bağlaya bilər" - Ərdoğan

23:29 15.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəyə ABŞ tərəfindən sanksiya tətbiq olunarsa İncirlik aviabazası bağlana bilər.

Hafta.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə rəhbəri sözlərinə davam edərək bunları deyib: "ABŞ-ın münasibətlərimizdə düzəldilməsi mümkün olmayan addımlar atmaması hər iki tərəf üçün çox vacibdir. Əlbəttə ki, Türkiyə ABŞ-ın istənilən sanksiyalarına cavab verəcək. Lazım gələrsə həm İncirlik, həm də Kürəcikidə bağlayacağıq".

Oxunma sayı 57