"Uduzmağa nifrət edirəm" - Canni De Byazi

23:29 09.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
DÇ-2022-nin seçmə mərhələsində millimiz öz meydanında İrlandiya yığmasına 0:3 hesabı ilə məğlub olub.
 
Hafta.az xəbər verir ki, görüşdən sonra Azərbaycan seçməsinin baş məşqçisi Canni De Byazi darmadağını şərh edib. 
 
"Əsas problem erkən qol buraxmağımız idi. Oyuna fərqli hazırlaşmışdıq. Amma lazımsız yerə topu çox vururduq qabağa. Statistikaya baxsaq, top daha çox bizdə olub. Təbii ki, oyuna çoxlu hücumameylli futbolçuların girməsi disbalans yaratdı. Fikrimcə, biz pis oynamadıq. Görünən odur ki, komandamız inkişaf edir. Bu, sevindirici haldır. Oyuna hazırlaşanda əsas məqsədimiz o idi ki, ikinci mərtəbədə onlara çətinlik yaradaq. Buna nail olduq. İlk hissədə biz onlardan daha yaxşı oynayırdıq. Hesaba baxmayıb oyuna baxsaydıq elə bilərdik ki, biz qələbə qazanırıq. 
 
Oyunda onda razı qaldım ki, 90 dəqiqə yaxşı oynadıq. Rəqibin qapıçısı güclüdür, ya nədirsə, səhərə kimi oynasaydıq belə, yenə də qol vura bilməyəcəkdik. Bütün günahlar mənim boynumdadır. Amma qələnə qazananda və heç-heçə edəndə, o komandanın nailiyyətidir. Bütün məsuliyyəti öz üzərimə götürürəm. 
 
Bu məğlubiyyətlər mənim reputasiyama ziyandır. Düşünürəm ki, səbr etmək lazımdır. Zaman lazımdır. Biz addım-addım irəliləməliyik. Sevindirici hal odur ki, bir neçə oyunçumuz xaricdə çıxış edir. Mən uduzmağa nifrət edirəm. Amma çalışacağam ki, gələcək oyunda yaxşı nəticə verək". 
Oxunma sayı 22