"Yanacağın qiymət artımı müzakirə olunmur"- Rəsmi açıqlama

13:02 15.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

"Azpetrol"un LPG (maye qaz) yanacağının satış qiymətini qaldırması ilə bağlı xəbər vermişdik.  Belə ki, əvvəl 1 l. 45 qəpiyə olan maye qaz hazırda 65 qəpiyə satılır. Bu isə öz növbəsində benzin və dizelin də qiymətinin artacağı məsələsini gündəmə gətirib.

Hafta.az-a bununla bağlı açıqlama verən SOCAR-ın Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov dedi ki, yanacağının qiymət artımı ilə bağlı hələ ki, heç bir müzakirə yoxdur: “Biz onu gündəmə gətirməmişik. Yanacağın qiymətininin tənzimlənməsini SOCAR həyata keçirmir”.

İ. Əhmədov həmçinin məişət qazının qiymətininin bahalaşması məsələsinə də toxundu. O, bildirdi ki, məişət qazının qiymətini razılaşmışıq, Əvvəlki qiymət ilə yəni, 45 qəpikdən satılacaq.