"Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır"- Əli Əhmədov 

12:44 21.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bu gün - 21 noyabrda Yeni Azərbaycan Partiyasının yaranmsının 27 ili tamam olur. Yeni Azərbaycan Partiyasının yaranmasından sonra onun sədri Heydər Əliyev partiyanın lideri oldu. Son 27 ildir YAP bu ölkəyə şərəflə xidmət edir".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu YAP-ın icra katibi Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır: "Onun 700 mindən çox üzvü var. Hesab edirəm ki, partiyamızın ömrü uzun olacaq. Hazırda cənab Prezidentimiz İlham Əliyev ulu öndərimizin əsasını qoyduğu uğurlu siyasi xətti uğurla davam etdirir. Partiyamıza Azərbaycanın rifahı və firəvanlığı naminə uğurlar arzulayıram. YAP-ın yaranması xalqın Heydər Əliyevi hakimiyyətə gətirməsinin bir forması idi. Xalqımız bununla da Azərbaycanın dağılmasının həll yolunu YAP-ın yaranmasında və Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü".

Siyasət rubrikasından digər xəbərlər