12 cinayət işinin üstü açılıb

14:28 15.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 25 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş dörd ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.